Lerikdə dövlət qulluqçularının peşə bayramı günü qeyd olunmuşdur

23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə Lerik rayonunda keçirilən tədbirdə öncə toplantı iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoydular.
Mədəniyyət evində davam etdirilən toplantıda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycanda dövlət quruculuğu sahəsində əsaslı islahatların ümummilli lider Heydər Əliyevin adı ilə bağl olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı ilə dövlət qulluğunda çalışan hər kəsin və onun ailə üzvlərinin yaxşı yaşayıb işləməsindən ötrü müvafiq şərait yaradılır.
Rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov bildirdi ki,"Dövlət qulluğu haqqında" Qanun qəbul edildikdən ötən müddət ərzində 53 qanun, 79 fərman, 32 sərəncam qəbul edilmiş, eləcə də Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılmışdır. Mütəxəssislərdən ibarət ixtisas dərəcələri ilə əlaqədar yaradılan komissiya rayon icra hakimiyyəti başçısının 36, ərazi icra nümayəndəliklərinin 87 və rayon büdcəsindən maliyyələşən dövlət orqanlarının 17 qulluqçusunun vəzifələrinə uyğun ixtisas dərəcələri və qulluq stajına görə əlavə haqqın hesablanıb ödənilməsini təmin etmiş, beləliklə rayonun dövlət orqanlarında dövlət qulluqçularının beynəlxalq standartlara cavab verən yeni əsaslarla fəaliyyətinin davam etdirilməsi işi başa çatmışdır. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə rayon icra hakimiyyəti başçısının müavini E.Qənbərovun və aparatın ümumi şöbəsinin müdiri T.Əliyevin "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunduqlarını diqqətə çatdırdı.
Rayon icra hakimiyyəti başçısının müavini Elxan Qənbərov, təqaüddə olan dövlət qulluqçusu, rayon ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, Dövlət İşçiləri Həmkarlar İttifaqının rayon komitəsinin sədri Vüqar Mirzəyev, rayon prokuroru Salman Səmədov, təqaüddə olan dövlət qulluqçusu Abbas Zahidov çıxış edərək dövlət qulluqçularını peşə bayramları münasibəti ilə təbrik etdilər. Sonda dövlət qulluğunda fərqlənən qulluqçulara və təqaüddə olan dövlət qulluqçularının bir qisminə fəxri fərman və qiymətli hədiyyələr təqdim edildi.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında