Azərbaycanda dövlət qulluğunda vakant vəzifələrin tutulmasına dair tələblər dəyişib

Azərbaycanda "İnzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri"ndə dəyişiklik edilib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Dəyişikliyə əsasən, inzibati vəzifələrin beşinci təsnifatı üzrə sektor müdiri, baş mühasib vəzifəsində çalışmaq üçün müvafiq ali təhsil, həmçinin vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 ildən 5 ilədək, baş məsləhətçi vəzifəsində çalışmaq üçün 2 ildən 3 ilədək, böyük məsləhətçi vəzifəsi üçün 1 ildən 2 ilədək iş stajı lazımdır. Aparıcı məsləhətçi, məsləhətçi, hakimin köməkçisi, məhkəmə iclasının katibi üçünsə iş stajı tələb olunmur.
Bundan başqa, idarə rəhbəri, aparat rəhbəri vəzifələrini tutmaq üçün müvafiq ali təhsillə yanaşı vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 ildən 7 ilədək, idarə rəhbərinin müavini üçün 2 ildən 5 ilədək, şöbə müdiri üçün 3 ildən 5 ilədək, şöbə müdirinin müavini üçün 2 ildən 3 ilədək, inzibati vəzifələrin altıncı təsnifatı üzrə sektor müdiri, baş mühasib vəzifəsi üçün 2 ildən 3 ilədək, baş məsləhətçi vəzifəsi üçün 1 ildən 2 ilədək iş stajı tələb olunur. Bu təsnifat üzrə böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi vəzifələri üçün iş stajına dair tələb yoxdur.
Bu təsnifat üzrə rəhbər müavini vəzifəsi üçün 1 ildən 2 ilədək, şöbə müdiri vəzifəsinə 2 ildən 3 ilədək, şöbə müdirinin müavini vəzifəsi üçün 1 ildən 2 ilədək, rəhbər və onun müavini vəzifəsi üçün 1 ildən 3 ilədək iş stajı, hakimin köməkçisi, məhkəmə iclasının katibi, sektor müdiri, baş mühasib vəzifəsi üçün tələb yoxdur. Vəzifənin qulluq funksiyalarını nəzərə alaraq sektor müdiri, baş mühasib vəzifələri üçün 1 ildən 2 ilədək iş stajı tələb edilə bilər.
Yerli icra hakimiyyəti orqanlarının ərazi vahidləri üzrə nümayəndələri və onların müavinləri üçün müvafiq ali təhsil tələb olunsa da iş stajı ilə bağlı tələb qoyulmayıb.
Bütün bunlarla yanaşı, qeyd olunan vəzifələrdə çalışmaq istəyənlərin ölkə Konstitusiyasını, "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunları, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları bilməsi vacibdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında