Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu yenidən qurulmuşdur

Azərbaycan Respublikası Prezidentinin "Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2011-ci il 2 sentyabr tarixli sərəncamına əsasən, Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu yenidən qurulmuşdur.
AzərTAc xəbər verir ki, yeni avtomobil yolunun istifadəyə verilməsi münasibətilə mərasim keçirilmişdir.
Mərasimdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni yolun açılışı münasibətilə sakinləri təbrik edərək demişdir: "Bu yol 12 minə yaxın əhalinin yaşadığı 5 kəndin sakinlərinə, eləcə də yoldan istifadə edən insanlara xidmət göstərəcəkdir. Yol abadlıq, firavanlıq və mədəniyyət deməkdir. Ona görə də bu gün muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində aparılan kompleks quruculuq işləri çərçivəsində yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına xüsusi diqqət yetirilir. Bu il Çalxanqala kəndində həyata keçirilən kompleks abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi 39,2 kilometrlik Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu da əsaslı şəkildə yenidən qurulmuşdur. Bu yol ətraf kəndlərin sosial-iqtisadi inkişafında, əhalinin rahatlığının təmin olunmasında, avtomobillərin istismar müddətinin artırılmasında mühüm rol oynayacaqdır".
Sonra Ali Məclisin sədri yolun açılışını bildirən lenti kəsmişdir.
Yolun texniki göstəriciləri barədə məlumat verilmiş və bildirilmişdir ki, 5 kəndi əhatə edən yolda tikinti işlərinə bu il başlanılmışdır. Yolun hərəkət hissəsinin eni 7,2, yol yatağının eni isə 8,5 metrədək genişləndirilmişdir. İki hərəkət zolağından ibarət olan yolun üzərində 1 körpü, 5 su keçidi və 51 suötürücü inşa olunmuş, yolun müxtəlif hissələrində beton suaxıdıcı kanallar tikilmiş, asfalt örtük salınmış, yol cizgilənmiş və hərəkət qaydalarına uyğun işarələnmişdir.
Yolun yaşayış məntəqələrindən keçən hissəsində 4416 metr uzunluğunda hasar çəkilmiş, əsas yola birləşən köməkçi yollar təmir edilmişdir. Əsaslı yenidənqurma işlərindən sonra yolun əhatə etdiyi yaşayış məntəqələrində nəqliyyatın rahat və təhlükəsiz hərəkəti təmin olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında