QHT-lərin inkişafı üzrə Milli Fəaliyyət Proqramı müzakirə olunmuşdur

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında hazırlanan "QHT-lərin inkişafı üzrə Milli Fəaliyyət Proqramı"nın layihəsi tanınmış QHT mütəxəssislərindən ibarət işçi qrup tərəfindən bir daha müzakirə edilmişdir. 
Şuradan AzərTAc-a bildirmişlər ki, müzakirəni açan sədr Azay Quliyev bu ilin mayından etibarən işçi qrupunun üzərində işlədiyi "QHT-lərin İnkişafı üzrə Milli Fəaliyyət Proqramı"nın ayrı-ayrı bölmələrinin əsasən hazır olduğunu qeyd etmişdir. Sənədin əhəmiyyətini vurğulayan şura sədri ölkənin QHT sektorunun inkişafı üçün sənəddə əsas hədəflərin düzgün müəyyənləşdirilməsinin vacibliyini bildirmişdir.
İşçi qrupunun üzvləri Milli Fəaliyyət Proqramı ilə bağlı fikir və təkliflərini bir daha ümumiləşdirərək sənəd üzərində işin davam etdirilməsi və göstərilən müddəaların konkret bölmələr üzrə təsnifatını təkmilləşdirmək haqqında qərar qəbul etmişlər.
Sənəd üzərində iş yekunlaşdıqdan sonra onun ictimai müzakirələrinin keçirilməsi də nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında