Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İSESCO-nun xoşməramlı səfiri kimi səmərəli fəaliyyətindən məmnunluq ifadə olunmuşdur

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Tarik Əliyev ölkəmizin İSESCO yanında daimi nümayəndəsi təyin edilməsi barədə məktubu qurumun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə təqdim etmişdir. 
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Əbdüləziz bin Osman əl-Tüveycri İSESCO ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrindən danışmışdır. Baş direktor demişdir ki, Prezident İlham Əliyev İSESCO-Azərbaycan əlaqələrinin inkişafına böyük diqqət və qayğı göstərir.
Əbdüləziz bin Osman əl-Tüveycri bildirmişdir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESCO-nun xoşməramlı səfiri seçiləndən sonra Azərbaycan-İSESCO münasibətləri yeni uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İSESCO-nun xoşməramlı səfiri kimi səmərəli fəaliyyətindən məmnunluqla danışan baş direktor Heydər Əliyev Fondunun dəstəyi ilə İSESCO tərəfindən bir çox layihələrin uğurla həyata keçirildiyini, müxtəlif beynəlxalq tədbirlərə Azərbaycanın layiqincə ev sahibliyi etdiyini vurğulamışdır.
İSESCO-nun baş direktoru Azərbaycanda keçirilmiş bir çox beynəlxalq tədbirlərdə, o cümlədən Bakı Beynəlxalq Humanitar Forumunda iştirakını xatırlatmış və həmin tədbirlərin beynəlxalq müstəvidə böyük əhəmiyyətə malik olduğunu söyləmişdir.
Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsini, həmin görüşdə səmərəli müzakirələr aparıldığını bildirən Əbdüləziz bin Osman əl-Tüveycri İSESCO-nu və şəxsən özünü Azərbaycanın yaxın dostu adlandırmışdır.
Əbdüləziz bin Osman əl-Tüveycri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyinin İSESCO tərəfindən daim dəstəkləndiyini və bu dəstəyin gələcəkdə də davam edəcəyini qeyd etmişdir.
Ölkəmiz haqqında səmimi sözlərinə və Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəklədiyinə görə baş direktor Əbdüləziz bin Osman əl-Tüveycriyə minnətdarlığını bildirən səfir T.Əliyev Azərbaycan Respublikasının İSESCO yanında daimi nümayəndəsi təyin edilməsindən qürur hissi duyduğunu və Azərbaycan-İSESCO əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında