Ümumrespublika konfransında Azərbaycanın geoekoloji problemləri, onların tənzimlənməsinin elmi əsasları müzakirə edilir

İyunun 23-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında "Azərbaycanın geoekoloji problemləri, onların tənzimlənməsinin elmi əsasları" mövzusunda ümumrespublika elmi konfransı keçirilir.
AMEA-nın Geologiya İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil edilmiş tədbirdə müvafiq qurumların nümayəndələri, mütəxəssislər iştirak edirlər.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etdiyini xatırlatmışdır.
Konfransın çox aktual məsələyə həsr olunduğunu qeyd edən akademik M.Kərimov ölkəmizdə geoekoloji problemlərin həlli ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulamışdır.
Sonra müxtəlif mövzularda məruzələr dinlənilmişdir. AMEA-nın Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə, geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərov geoekoloji problemlər, onların tənzimlənməsinin elmi əsasları, Kür çayında daşqınlarla əlaqədar yaranmış geoekoloji şəraitin tənzimlənməsi, geoekoloji şəraitin formalaşmasına antropogen təsirin qiymətləndirilməsi və s. barədə danışmışlar.
Bakı Dövlət Universitetinin prorektoru, professor İsmayıl Əliyev və digər alimlər də mövzu ilə bağlı fikir və mülahizələrini bildirmişlər.
Konfrans iyunun 25-də başa çatacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında