Ankarada maestro Niyazinin 100 illik yubileyinə həsr edilmiş konsert olmuşdur

Ankara Opera və Balet Teatrında TÜRKSOY-un təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı və dirijoru, maestro Niyazinin 100 illik yubileyinə həsr olunmuş konsert təqdim edilmişdir.
Konsertdən əvvəl çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin rəhbəri, Dövlət Opera və Balet Teatrının baş direktoru Rengin Gökmen maestro Niyazinin dünya şöhrətli bəstəkar və dirijor kimi yorulmaz fəaliyyətindən, onun yaradıcılığının Türkiyə və bütün türk dünyasının mənəvi sərvəti olduğunu söyləmişdir. Nİyazi 1973-cü ildə I İstanbul Musiqi Festivalında Əhməd Adnan Sayqunun "Koroğlu" operasının premyerasını, sonrakı illər Ankara və İstanbul opera və balet teatrlarının səhnələrində müxtəlif operalar və "Yunus Əmrə oratoriyası"nı ifa edən orkestrləri idarə etmişdir.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və TÜRKSOY-un baş katibi Düsen Kaseinov maestronun Azərbaycan və dünya musiqi xəzinəsinə verdiyi qiymətli töhfələrdən bəhs etmişlər.
Sonra xalq artisti, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri Rauf Abdullayevin dirijorluğu ilə Ankara Dövlət Simfonik Orkestri və solistlər maestro Niyazinin "Rast" simfonik muğamı və "Arzu" romansını, C.Puççininin "Toska" operasından Cavaradossinin ariyasını, C.Verdinin "Aida" operasından Aidanın ariyasını, P.İ.Çaykovskinin "Skripka üçün konserti"ni ifa etmişlər.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında