Berlində dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin xatirəsi yad edilmişdir

Oktyabrın 18-də Berlində fəaliyyət göstərən "Bakılı" klubunda Azərbaycan estradasının korifeyi Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi təşkil edilmişdir.
"Müslüm Maqomayev - Azərbaycan estradasının unudulmaz səsi" adlanan tədbir Azərbaycanın Almaniyadakı səfirliyi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) dəstəyi ilə keçirilmişdir.
Klubun sədri Elmira Əşrəfova tədbiri açaraq qonaqları salamlamış və unudulmaz sənətkarın həyat və yaradıcılığından söhbət açmışdır. Daha sonra Alman-Rus Şairlər Birliyinin sədri Emiliya Donskaya, Azərbaycan diasporunun təmsilçiləri Roman Şabayev və Ağa Talıbov, eləcə də Ağakərim Mahmudov dünya şöhrətli müğənni ilə bağlı ürək sözlərini söyləmişlər.
Tədbirdə Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert proqramının videoyazısı nümayiş etdirilmiş və gecəni unudulmaz musiqiçinin həzin mahnıları müşayiət etmişdir.

{nl}

Vüqar SEYİDOV, AzərTAc-ın xüsusi müxbiri
Berlin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında