Torpaqların qiymətləndirilməsinin Avropa İttifaqının standartlarına uyğunlaşdırılmasına dair layihə təqdim olunmuşdur

Tvinninq layihəsi çərçivəsində oktyabrın 23-də "Torpağın Avropa İttifaqının qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə (DTXK) dəstək" adlı tədbir keçirilmişdir. 
AzərTAc xəbər verir ki, layihənin benefisiarı ölkədə dövlət torpaq kadastrını aparan, eləcə də bu kadastrın aparılmasını təmin edən geodeziya, topoqrafiya və kartoqrafiya işlərini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan DTXK müəyyən edilmişdir.
Tədbirdə Tvinninq layihəsini DTXK ilə birgə reallaşdıracaq Latviya və İsveçdən olan qonaqlar, müvafiq qurumların rəhbərləri, həmçinin həmin ölkələrin Azərbaycandakı səfirləri də iştirak etmişlər. Qeyd olunmuşdur ki, bu dövlətlərin torpaq kadastrı, qiymətləndirmə və torpaq resurslarının idarə olunması sahəsində çoxillik təcrübələri layihənin uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.
Tvinninq layihəsi barədə məlumat verən komitə sədri Q.Məmmədov vurğulamışdır ki, Avropa İttifaqı tərəfindən maliyyələşən 18 aylıq layihə DTXK, İsveçin Lantmeteriet (Kadastr, Xəritəçəkmə və Daşınmaz əmlakın qeydiyyatı hüququ üzrə dövlət orqanı) və Latviyanın Dövlət Torpaq Xidməti ilə birgə həyata keçiriləcəkdir.
Təxminən 865 min manat dəyəri olan Tvinninq layihəsi çərçivəsində institusional və institutlararası analiz və hüquqi sistemin təhlili daxil olmaqla müvafiq strukturların gücləndirilməsi, torpağın qiymətləndirilməsi metodologiyası və dövlət torpaq kadastr sisteminə inteqrasiyası, dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı və kənd/şəhər dövlət torpaq kadastrı məlumat sisteminin yaradılması nəzərdə tutulmuşdur. Bu layihə nəticə etibarilə dövlət torpaq kadastrı məlumatlarının avtomatlaşdırılmış informasiya sisteminin, dövlət torpaq reyestrinin təkmilləşdirilməsinə, həmçinin torpaqların qiymətləndirmə metodikalarının Avropa İttifaqının standartlarına uyğunlaşdırılmasına yönəlmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, DTXK-nın texniki dəstəyi və nəzarəti altında respublikanın xüsusi seçilmiş ərazilərində 37 ədəd Peyk Geodeziya Stansiyalarının qurulması Azərbaycanda layihənin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında