Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə fətva vermişdir

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibəti ilə fətva vermişdir. Fətvada deyilir ki, müqəddəs Qurban bayramı (Eydül-Əzha) bu il miladi tarixi ili oktyabrın 25-26-na təsadüf edir.
Bu münasibətlə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını, eləcə də bütün müsəlmanları təbrik edir, belə bir əziz gündə Allah-Təaladan hamıya mərhəmət və məğfirət diləyir. Vətənimizə xoşbəxtlik, rifah, əmin-amanlıq, xeyir-bərəkət arzulayır.
Qafqaz Müsəlmanları İdarəsinin fətvasında deyilir ki, dövlətimiz rəsmi olaraq Azərbaycanda iki gün - 25-26 oktyabr tarixlərini Qurban bayramı elan etmişdir. 25 oktyabr bayram axşamı, 26 oktyabr isə bayram günüdür. Bayram namazı oktyabrın 26-da Bakıda Əjdərbəy və Təzəpir məscidlərində saat 9-da qılınacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında