Əli HƏSƏNOV: "Milli mətbuatımızın 135 illiyi münasibətilə Prezident Administrasiyasının rəhbəri tərəfindən təsdiqlənmiş xüsusi tədbirlər planı icraya yönəldilmişdir"

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, Azərbaycan hökuməti mətbuatın maddi-texniki bazasının daha da gücləndirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirəcəkdir.
Şöbə müdiri demişdir ki, Azərbaycanda milli mətbuatın 135 illiyinin geniş qeyd olunması ilə bağlı dövlətimizin başçısı tərəfindən imzalanmış sərəncamda Prezident Administrasiyasına, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna və Mətbuat Şurasına birgə tədbirlər planı hazırlamaq, bu sahədə xüsusi ilə seçilən mətbuat orqanlarına və onların nümayəndələrinə mükafatların verilməsi üçün təqdimatların hazırlanması ilə bağlı tapşırıqlar verilmişdir.
Əli Həsənov vurğulamışdır ki, həmin sərəncam əsasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən xüsusi tədbirlər planı təsdiqlənmiş və artıq icraya yönəldilmişdir. Bununla bağlı, mərkəzi və yerli icra hakimiyyətləri orqanlarına sərəncamdan irəli gələn məsələlərlə əlaqədar xüsusi tapşırıqlar verilmişdir. Bu günlərdə həmin tapşırıqların icrasına başlanacaqdır. Yaxın zamanlarda isə bütün respublika ərazisində milli mətbuatın inkişafı ilə bağlı xüsusi tədbirlər keçiriləcəkdir. Bu, bir tərəfdən mətbuatın inkişafına insanların diqqətini bir az da artıracaq, milli mətbuatın müasir səviyyəsinin yüksəlməsinə xidmət edəcəkdir. Digər tərəfdən, Azərbaycanın mətbuat ənənələrinin öyrənilməsinə, yeni şəraitdə bu ənənələrin tətbiqinə, dünya təcrübəsinin ölkəmizdə reallaşdırılmasına müsbət təsir edəcəkdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında