Beyləqan, Xocavənd, Ağdam və Laçın rayonları üzrə ovçuluq və balıqçılıq idarəsinin sədrinin ölümü ilə bağlı cinayət işi başlanmışdır

Xəbər verildiyi kimi, oktyabrın 21-də, gecə saat 00:30 radələrində Beyləqan rayon sakinləri Allahyar Süleymanov, Ruslan Alxanov və Əbülfət Cəfərovun odlu silah yaraları ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına daxil olmaları, A.Süleymanovun aldığı güllə yarasından həmin gün orada ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən daxil olmuş birgə məlumatda bildirilir ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmışdır. Araşdırmalarla müəyyən edilmişdir ki, oktyabrın 20-də saat 24 radələrində Beyləqan, Xocavənd, Ağdam, Laçın rayonları üzrə ovçuluq və balıqçılıq idarəsinin sədri Allahyar Süleymanov idarə etdiyi avtomobillə Beyləqan rayonunun Yeni Mil qəsəbəsi yaxınlığında hərəkətdə olarkən Beyləqan şəhər sakinləri Ruhi Mahmudov, Mahir Əliyev, Mahir Hüseynov, Vasif Əsədov və Natiq Muradxanovun orada ov etdiklərini görmüşdür. A.Süleymanov qanunsuz ov etdiklərinə görə həmin şəxslərdən özlərində olan ov silahlarını vermələrini tələb etmişdir. Lakin tələb yerinə yetirilmədiyindən A.Süleymanov tüfəngi dartıb almağa cəhd göstərərkən atəş açılmış, bu zaman sonuncu baş nahiyəsindən, həmçinin yaxınlıqdakı Beyləqan rayon sakinləri Ruslan Alxanov və Əbülfət Cəfərov müxtəlif dərəcəli bədən xəsarəti almışlar.
İş üzrə təxirəsalınmaz istintaq hərəkətlər həyata keçirilmiş, o cümlədən şahidlər dindirilmiş, məhkəmə-tibb, məhkəmə-ballistik, kompleks tibbi-kriminalistik, bioloji ekspertizalar təyin edilmiş və digər zəruri hərəkətlər yerinə yetirilmişdir.
Oktyabrın 23-də Mahir Əliyevə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və o, təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında