Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması "İctimai Birliyi Şuşada qondarma "Dağlıq Qarabağ Respublikası"nın mədəniyyət və gənclər nazirliyinin binasının istifadəyə verilməsinə qəti etiraz bildirmişdir

Bir neçə gün əvvəl Şuşada qondarma "Dağlıq Qarabağ Respublikası"nın mədəniyyət və gənclər nazirliyinin binasının istifadəyə verilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesində Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv və fitnəkar mövqeyinin bilavasitə göstəricisidir. 
Bu sözləri AzərTAc-a açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması "İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov qondarma "Dağlıq Qarabağ Respublikası"nın mədəniyyət və gənclər nazirliyinin Şuşada binasının istifadəyə verilməsinə münasibət bildirərkən demişdir.
O.Əkbərov vurğulamışdır ki, bu addım Ermənistan rəhbərliyinin Azərbaycanın torpaqlarına olan iddiasını bir daha nümayiş etdirir. Şuşa tarixən Azərbaycan mədəniyyətinə aid bir şəhər olmuşdur. Bu gün rəsmi Yerevanın təcavüzkar siyasətini yürüdən qondarma rejimin bu şəhərdə Azərbaycan mədəni irsinin dəyişdirilməsi cəhdləri bəşəriyyətə qarşı edilən bir cinayətə bərabər tutula bilər. Daim bəsit fikirləri ilə yadda qalan Bako Saakyan bilməlidir ki, 2001-ci ildən UNESCO-nun Dünya irsinin qorunmasında müvəqqəti namizədlər siyahısına daxil edilən Şuşa Dövlət Tarix-Mədəniyyət Qoruğu artıq 1977-ci ilin avqustunda Azərbaycan SSR Nazirlər Sovetinin "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərarı ilə Şuşanın Azərbaycanın tarixi və mədəni irsi olduğu təsdiq edilmişdir. 1954-cü il mayın 14-də Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında" Konvensiyanın 1-ci maddəsinə əsasən, mənşəyindən və sahibindən asılı olmayaraq mədəni dəyərlər və ya mədəni mülkiyyətin qorunması ilə bağlı maddələri ciddi şəkildə pozaraq, Şuşada və ümumiyyətlə, bütün Dağlıq Qarabağ və ətraf rayonların tarixi irsinə ciddi ziyan vuran bir hökumətin bu gün mədəniyyətdən danışması heç bir etik çərçivəyə sığmır.
Şura sədri qeyd etmişdir ki, Şuşa Azərbaycan mədəniyyətinin beşiyi olaraq Azərbaycana tanınmış xadimlər, o cümlədən Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Fikrət Əmirov və digər bir çox görkəmli insanları bəxş etmişdir. Bütün bunlar bir daha onu təsdiq edir ki, Dağlıq Qarabağ və eləcə də Şuşa Azərbaycanın tarixi torpaqlarıdır. Heç kəs onları özününküləşdirə bilməz. Ermənistanın atdığı bu cür təxribatçı addımlar münaqişənin həllinin uzadılmasına və status-kvonun saxlanmasına hesablanmışdır. Lakin Azərbaycan tarixi torpaqlarını işğaldan azad edəcək və Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında