Azərbaycan Təhsil Nazirliyinin müəllimlərə tövsiyəsi

Azərbaycan Təhsil Nazirliyi orta məktəb rəhbərlərinə və müəllimlərinə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə, yəni formativ qiymətləndirməyə valideynlərin cəlb olunmasını tövsiyə edir.
Təhsil Nazirliyinin qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva demişdir ki, formativ qiymətləndirmədə valideynlərlə əməkdaşlıq üsuluna üstünlük vermək nəzərdə tutulur.
Onun sözlərinə görə, ənənəvi qiymətləndirmə yalnız qiymət yazmaq formasında təzahür edir və yalnız bilik qiymətləndirilirdi. Şagird bilik və bacarığına görə deyil, siniflə müqayisədə qiymətləndirilirdi. Amma yeni qiymətləndirmədə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə imkan verilir, fəaliyyəti izlənilməklə şagird dünəninə və bu gününə görə qiymətləndirilir. Yeni qiymətləndirmənin bu xüsusiyyətləri məhz formativ qiymətləndirmə ilə həyata keçirilir.
Təranə Hacıyeva qeyd etmişdir ki, mövcud problemlərdən biri valideynlərin formativ qiymətləndirmə ilə bağlı yaxşı məlumatlandırılmamasıdır.
Kurikulumun bir neçə il tətbiq olunduğu siniflərdə təhsil alan şagirdlərin valideynləri yeni qiymətləndirmənin mahiyyətindən xəbərdardır. Amma ilk övladları I sinfə yeni gedən valideynləri bunu tam başa düşə bilmirlər: "İşsiz və ya qeyri-təhsil sahəsi üzrə işləyən valideyn dərsdən gəlmiş övladının gündəliyində qiymət görmədikdə təhsildəki islahatı birmənalı qarşılayır. O fikirləşir ki, bu, nə deməkdir, övladım dərsə gedir, amma onun gündəliyinə qiymət yazılmır. Buna görə də valideynlərlə bu istiqamətdə əməkdaşlıq genişləndirilməlidir", - deyə T.Hacıyeva bildirmişdir.
O hesab edir ki, buna görə də valideynlər məktəbdə müəllimlər və məktəb rəhbərliyi tərəfindən yeni qiymətləndirilmə barədə məlumatlandırılmalı, onlara fənn kurikulumları barədə məlumat verilməlidir. Müəllimlər valideynlərlə əməkdaşlığa üstünlük verməklə onları övladının təhsilinə cəlb etməlidirlər. Bu halda valideynlər də evdə müəllimə yardımçı ola bilərlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında