Ceyhan limanında Azərbaycan nefti yüklənmiş 2000-ci tanker yola salınmışdır

"BOTAŞ International Limited" (BIL) şirkətinə "Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəməri ilə çatdırılan neftlə yüklənmiş 2000-ci tanker Türkiyənin Ceyhan limanından yola salınmışdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi BIL-ın rəsmi saytı xəbər yaymışdır. BIL 2001-ci ildən Türkiyə ərazisində BTC-nin istismarı ilə məşğuldur. Oktyabrın 22-nə olan məlumata görə, 2006-cı il iyunun 2-dən Ceyhan neft terminalına BTC ilə 1,544 milyard barrel neft nəql olunmuşdur.
BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1076 kilometri isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.
"BTC Co"nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,90 faiz); "Statoil" (8,71 faiz); TRAO (6,53 faiz); "Eni" (5 faiz ); "Total" (5 faiz); "Itochu" (3,40 faiz ); "Inpex" (2,50 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Amerada Hess" (2,36 faiz) (payını Hindistanın ONGC şirkətinə satıb, sövdələşmə 2013-cü ilin birinci rübündə başa çatacaq).


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında