Keyfiyyəti idarəetmə sistemləri mövzusunda seminarlar

Azərbaycan Türkiyə İş Adamları Birliyinin ofisində keyfiyyəti idarəetmə sistemləri mövzusunda "Keyfiyyəti idarəetmə sisteminin mahiyyəti və səmərələri" və "Beynəlxalq idarəetmə sistemlərinin Azərbaycanda tətbiqi vəziyyəti və perspektivləri" adlı seminarlar keçirilib. Təlimlər ATİB və ASR Konsaltinq və Araşdırma Qrupunun birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.
"Keyfiyyəti idarəetmə sisteminin mahiyyəti və səmərələri" adlı seminarı Elxan Mikayılov aparmışdır. E.Mikayılov Beynəlxalq standartlaşdırma təşkilatının (İSO) rəsmi eksperti, İSO standartları sahəsində tədqiqat və çap materiallarının müəllifi, şirkətlərdə İSO standartlarının tətbiqində yaxından iştirak edən beynəlxalq dərəcəli mütəxəssisdir. Seminarda keyfiyyət anlayışının izahı, keyfiyyəti idarəetmə sistemlərinin inkişaf tarixi, müasir şəraitdə onların rolu və əhəmiyyəti, o cümlədən, tətbiq olunan qurumlarda əldə olunan səmərələri haqqında geniş məlumat verilmiş və tədbir qarşılıqlı müzakirələrlə müşayiət olunmuşdur. Eyni zamanda İSO 9001:2008 Standartı, onların maddələri və tətbiqi haqqında da iştirakçılara məlumat verilmişdir.
"Beynəlxalq idarəetmə sistemlərinin Azərbaycanda tətbiqi vəziyyəti və perspektivləri" adlı seminarı aparan Samir Novruzlu keyfiyyəti idarəetmə sistemlərinin tələbləri barədə məlumat vermişdir. Novruzlu onlarla şirkətdə Beynəlxalq idarəetmə sistemləri üzrə çoxillik məsləhətçi ekspert təcrübəsinə malikdir, standartlaşdırma, keyfiyyət və idarəetmə sahələrində bir sıra kitabların, məqalələrin o cümlədən digər nəşrlərin müəllifidir. Hazırda o, "Keyfiyyət Assosiasiyası" İctimai Birliyinin idarə heyətinin sədridir. Seminarda beynəlxalq idarəetmə sistemlərinin ölkəmizdə inkişaf tarixi və tətbiqi vəziyyəti, bu istiqamətdə aparılan araşdırmalar haqqında iştirakçılara məlumat verilmiş, yerli şirkətlərdə beynəlxalq idarəetmə standartları haqqında yanlış təsəvvürlər və onların doğurduğu fəsadlar haqqında da müzakirələr aparılmış və fikir mübadiləsi həyata keçirilmişdir.
Seminarlarda ATİB əməkdaşları, "AtaHoldinq" ASC, "CLC" MMC, "Mətanət A", "TAIS IKF", "Turquoise" MMC, "Unikal" və digər şirkətlərin nümayəndələri iştirak etmişlər.
Qeyd edək ki, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) ASR Konsaltinq və Araşdırma Qrupu ilə əməkdaşlıq çərçivəsində "Korporativ sosial məsuliyyət", "Beynəlxalq mühasibat uçotu", "Ümumdünya Ticarət Təşkilatı və ona üzvlük məsələləri", "İdxal-ixrac prosedurları və onların beynəlxalq tələblərə uyğunlaşdırılması" mövzularında seminarların təşkilini planlaşdırır. ATİB- in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki , seminarlarda iştirak pulsuz, yerlərin sayı məhduddur. Bu təlimlərdə iştirakla bağlı ATİB-ə müraciət etmək lazımdır.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında