Şimali Qafqazda terrorçulara qarşı keçirilən xüsusi əməliyyat zamanı 49 silahlı öldürülmüşdür

Rusiya təhlükəsizlik qüvvələri Şimali Qafqazda terrorçulara qarşı xüsusi əməliyyat keçirmişdir.
APA-nın Rusiya bürosunun məlumatına görə, əməliyyat nəticəsində 49 silahlı öldürülmüşdür. Milli Antiterror Komitəsinin yaydığı məlumatda öldürülən terrorçulardan 9-nun dəstə başçısı olduğu bildirilmişdir.
Dağıstan və Kabardin-Balkar Respublikasında keçirilən əməliyyatlar zamanı 30 silahlı tutulmuş, 20 silahlı isə könüllü olaraq təslim olmuşdur. Bundan başqa əməliyyat nəticəsində 30 əldəqayırma bomba, 10 kiloqram partlayıcı maddə olan trotil, 109 avtomat, 350 mina və 19 min ədəd mərmi ələ keçirilmişdir.
Qeyd edək ki, özünü Şimali Qafqazın əmiri elan edən Doku Umarov Rusiyada 2014-cü ildə keçiriləcək Olimpiya Oyunları zamanı terror törədəcəkləri ilə bağlı hökuməti təhdid etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında