Azərbaycan ilə Fransa arasında gömrük əməkdaşlığının perspektivləri müzakirə edilmişdir

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
DGK-dan AzərTAc-a bildirilmişdir ki, Aydın Əliyev Fransa ilə Azərbaycan arasında mövcud əlaqələrdən məmnuniyyətlə söhbət açmışdır.
Azərbaycanda son illər aparılan iqtisadi islahatların müsbət nəticələr verdiyini deyən komitə sədri iki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artdığını və bu əməkdaşlığın davamlılığının təmin edilməsinin vacibliyinə toxunmuşdur. Fransa şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna yönəltdiyi sərmayələrin iqtisadi-ticari münasibətlərə müsbət təsirini vurğulayan A.Əliyev bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirmişdir. İki ölkənin müvafiq qurumlarının kadr potensialının gücləndirilməsi istiqamətində əməkdaşlığını yüksək qiymətləndirən komitə sədri mövcud münasibətlərin daha da genişləndirilməsindən, qarşılıqlı əlaqələrin perspektivlərindən bəhs etmişdir.
Səfir Paskal Mönye ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirmişdir.
Ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərdən, ticarət dövriyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən razılıqla danışan fransalı diplomat bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsi ilə bağlı proseslərdə yaxından iştirak edəcəyini diqqətə çatdırmışdır.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında