Ukrayna Azərbaycanı helikopter istehsalı proqramlarında iştiraka dəvət edib

Azərbaycan Ukrayna tərəfindən bu ölkədə helikopterlərin istehsalı proqramlarına dəvət alıb.
APA-nın hərbi mənbələrə istinadən verdiyi məlumata görə, bunlardan birincisi "Mi-24" helikopterinin bazasında yeni hücum helikopterinin "Mi-24PU1", digəri isə "Mi-8MSB" adlı çoxməqsədli helikopterin istehsalı layihəsidir.
Hər iki proqram barədə Ukraynanın müvafiq strukturları Azərbaycan tərəfi üçün təqdimatlar keçirib və ilkin danışıqlar aparılıb. Hazırda Ukrayna Azərbaycanın cavabını gözləyir.
"Mi-24PU1" adlandırılmış hücum helikopterinin sınaqları bu ilin yay aylarında yekunlaşıb.
"Mi-24" helikopterlərinin müasirləşdirilmiş versiyası olan "Mi-24PU1" yüksək dağlıq ərazilərdə döyüş aparmaq üçün nəzərdə tutulur. Onlar həmçinin yüksək döyüş imkanlarına malikdir.
"Mi-8MSB" tipli helikopterin sınaqları isə bu yaxınlarda başa çatıb. Bu helikopter əsasən şəxsi heyətin daşınması, yaralıların təxliyəsi üçün nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında