Dünyəvi dövlət quruculuğu Azərbaycan xalqının ən mühüm nailiyyətidir

"Dini etiqad azadlığı ilə bağlı hazırlanan və qəbul olunan qanunlar dünyəvi dövlətlərin təcrübəsidir. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu da dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsi əsasında hazırlanmışdır".
AzərTAc xəbər verir ki, bu sözləri Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova söyləmişdir.
Komitə sədri demişdir ki, dünyəvi dövlət həm sivilizasiyanın, həm də Azərbaycan xalqının ən mühüm nailiyyətidir. Dövlət-din münasibətlərinin konstitusion əsaslarla tənzimlənməsi dünyəviliyi təmin edən əsas məsələlərdən biridir. Müasir dövrdə mədəniyyətlərin, dinlərin və sivilizasiyaların dialoqu, insan hüquqlarının, dini-etiqad azadlığının təminatı ümumi məqsədlər sırasında dünyəviliyi ən mütərəqqi imperativ kimi irəli sürür. Azərbaycan milli reallıqdan çıxış edərək hüquqi islahatlara, qanunvericilik proseslərinə həm yaradıcı, həm də tənqidi yanaşır.
"Dini etiqad azadlığı haqqında" Qanunla bağlı Venesiya Komissiyasının rəyini dəstəkləyənlər yanılırlar. Onlar unudurlar ki, Azərbaycan qanunvericiliyində söhbət təqliddən getmir. Azərbaycan tarixi mənəvi dəyərlərini, sivilizasiya irsini qoruyaraq dünya hüquq məkanına inteqrasiya edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında