Qanunsuz aksiyanın qarşısı alınmışdır

"Azərbaycanın sağlam gəncliyinə çağırış edirik ki, belələrinə təsir göstərsinlər və onların sıralarında məsuliyyətsiz, qanun keşikçilərinin çağırışlarına tabeçilik nümayiş etdirməyən belə gəncləri özləri tərbiyə etsinlər".
Bunu Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oktyabrın 20-də bəzi müxalifət partiyalarının gənc üzvlərinin Bakıda icazəsiz aksiya keçirməyə cəhd göstərməsinə münasibət bildirərkən demişdir.
Onun sözlərinə görə, qanunlara meydan oxumağa cəhd göstərən qanunsuz aksiya iştirakçılarının qarşısının alınması bütün dünya ölkələrində baş verən hadisədir:"Biz bunu, ilk növbədə, o gənclərin və onları bu işə təhrik edən insanların məsuliyyətsizliyi kimi dəyərləndiririk. Nə belə hallarla Azərbaycan dövlətini sarsıtmaq olar, nə onun polisini öz fəaliyyətindən çəkindirmək olar, nə də mövcud sabitliyi pozmaq olar. Biz belə halları görmüşük və bundan sonra da belələri olacaqsa, qarşısı alınacaqdır".
Siyasi müxalifətin bu qəbildən olan hadisələrdən istifadə etmək cəhdlərinə gəlincə Əli Həsənov bildirmişdir ki, onlar həmişə belə hallardan istifadə etməyə, həmişə belə gəncləri bu işlərə təhrik edərək onların arxasında öz siyasi fəaliyyətlərini reallaşdırmağa çalışmışlar". Bu da baş tutmayıb və bundan sonra da baş tutmayacaq".
Xatırladaq ki, Azərbaycanın bəzi müxalifət partiyalarının azsaylı gənc üzvləri oktyabrın 20-də Bakıda icazəsiz aksiya keçirməyə cəhd göstərmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında