Bakı Humanitar Forumu və minilliyin çağırışları

Oktyabrın əvvəlində Heydər Əliyev Mərkəzində başlanmış İkinci Bakı Beynəlxalq Humanitar Forumu öz işini uğurla başa çatdırmışdır. Forumda dünyanın 70 ölkəsinin siyasi və elmi elitasının çoxsaylı nümayəndələri iştirak etmişlər. Həmtəsisçiləri Azərbaycan və Rusiya prezidentləri olan bu forumun iştirakçılarının sayı və tərkibi həmin tədbirin nüfuzuna dəlalət edir.
Forumda bəşəriyyətin qlobal problemləri müzakirə edilmişdir. Forum başa çatandan sonra qəbul edilmiş bəyannamədə beynəlxalq qurumlara və humanitar təşkilatlara müraciətlə "dövlətlər, vətəndaş cəmiyyətləri və konfessiyalar arasında tolerantlıq mühiti yaratmağa və sivilizasiyalararası münaqişələrin qarşısını almağa xidmət edən əsl mədəniyyətlərarası dialoqun gerçəkləşdirilməsi məqsədilə forumlar, konfranslar, müzakirələr və "dəyirmi masa"ların təşkilinə davamlı olaraq təşəbbüs göstərməyə" çağırış səslənmişdir.
Müasir dünyada iqtisadi və demoqrafik, ekoloji və hərbi, dövlətlərarası, etnoslararası və konfessiyalararası problemlər o qədər kəskinləşmişdir ki, dünya birliyinin həyatındakı bütün bu mənfi təzahürlərin kompleksi insanların təsəvvüründə xeyir və şər qüvvələrin planetar döyüşü cizgilərini kəsb etmişdir. Getdikcə artmağa meyil edən problemlərin təzyiqi altında insanların özləri və zaman haqqında təsəvvürləri dəyişir. Bakı forumu dövlətləri belə bir həqiqəti anlamağa çağırmışdır ki, ərazi hüdudlarından əlavə müəyyən mənəvi hüdudlar da mövcuddur ki, bu sonuncu hüdudları aşanda mənəvi cılızlaşma yarana bilər.
Humanitar məsələlərlə bağlı yeni format olan və pozitiv məqsədlər qarşıya qoyan Bakı forumunun əhəmiyyəti həm də ondan ibarətdir ki, bu narahat dövrdə bəşəriyyətə dövlətlərin, xalqların və müxtəlif konfessiyaların dinc birgəyaşayış yollarını tapmaqda, dünya elitasının nümayəndələrinin birgə səyləri sayəsində yeni çağırış və təhdidləri anlamaqda, meyilləri və perspektivləri təhlil etməkdə onlara düzgün yol göstərsin.
Bu mühüm beynəlxalq forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev xüsusi vurğulamışdır: "Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu müsbət meyillər bu gün də davam edir. Mən əminəm ki, bu meyillər gələcəkdə daha da gücləndiriləcək və Azərbaycan uğurlu inkişafını davam edəcəkdir".
Üçüncü minilliyin bəşəriyyətə əmin-amanlıq, yoxsa böhranlar, firavanlıq, yoxsa yeni çağırışlar, sakit həyat, yoxsa əzab və əziyyətlər gətirəcəyini bilmirik. Lakin bir məsələ aydındır: dünya birliyi öz səylərini cəmləşdirsə, onun intellektual potensialı yeni minilliyin çağırışlarına davam gətirə bilər. Bakı forumunun dəyərliliyi məhz bundadır.

{nl}

Elxan TAĞIYEV, müstəqil ekspert


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında