Azərbaycan Respublikası Dövlət Neft Fondu 2012-ci ilin 9 ayı üzrə gəlir və xərclərinə dair hesabatı açıqlamışdır

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 10 076,4 milyon manat, büdcə xərcləri isə 7 531,0 milyon manat təşkil etmişdir.
Fonddan AzərTAc-a bildirmişlər ki, bu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 636,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9 625,7 milyon manat, tranzit gəlirləri 5,7 milyon manat, bonus ödənişləri 1,6 milyon manat, akrhesabı ödənişlər 2,8 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,2 milyon manat təşkil etmişdir.
Cari ilin ötən 9 ayı ərzində fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 440,4 milyon manata bərabər olmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar gəliri 79,3 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində fondun 2012-ci il büdcəsinin icrası çərçivəsində 7 038,4 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 251,1 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 115,1 milyon manat vəsait ayrılmışdır. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə fonddan 97,0 milyon manat vəsait ayrılmış, 8,3 milyon manat vəsait isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir.
Cari ilin 9 ayı ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 21,1 milyon manat təşkil etmişdir.
Oktyabrın 1-nə Fondun aktivləri 2012-ci ilin əvvəlinə (29 800,0 milyon ABŞ dolları) nisbətən 11,4 faiz artaraq 33 192,4 milyon ABŞ dollarına bərabər olmuşdur.
Cari ilin I rübündən etibarən fond qızılın alınmasına başlamışdır və 1 oktyabr 2012-ci il tarixinə qızılın miqdarı 10 ton 891 kq. (350 146 troy unsiya) təşkil etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında