Amerika Universitetində Azərbaycanın etibarlı enerji tərəfdaşı olması mövzusunda müzakirələr aparılmışdır

Amerika Universitetinin Qara dəniz və Xəzər dənizi hövzəsi üzrə Araşdırmalar Mərkəzində "Azərbaycan: təbii qazın Avropaya nəqlində artan tələbatın ödənilməsinə strateji təsiri" mövzusunda tədbir keçirilmişdir. 
Müzakirələrdə Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru Svante Kornel, Avropa İttifaqının ABŞ-dakı nümayəndəliyinin enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə şöbəsinin müdiri Kristian Börqsmuller, bp-nin qlobal hökumət və beynəlxalq əlaqələr departamentinin baş direktoru Qreq Saunders, Azərbaycanın ABŞ-dakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Nərgiz Qurbanova iştirak etmişlər.
Növbəti 10 il ərzində qaza tələbatın artacağını bildirən araşdırmaçı S.Kornel Xəzər regionundan, o cümlədən Azərbaycandan 30 milyard kubmetr həcmində qazın ixrac olunmasının önəmini qeyd etmişdir.
Avropanın enerjiyə tələbatının ödənilməsi üçün enerji resurslarının nəqli yollarının şaxələndirilməsinin vacibliyini qeyd edən avropalı diplomat K.Börqsmuller bu baxımdan "Cənub dəhlizi" layihəsinin reallaşdırılmasının böyük önəm daşıdığını və Azərbaycanın bu layihədə aparıcı rol oynadığını bildirmişdir.
bp-nin əməkdaşı Q.Saunders Avropanın enerji təhlükəsizliyinin təminində Xəzər dənizinin enerji ehtiyatlarının əhəmiyyətindən danışmış və Xəzər regionunun Avropaya ən yaxın alternativ enerji mənbəyi olduğunu qeyd etmişdir. O, həmçinin Şahdəniz layihəsinin həyata keçirilməsinin Xəzər dənizində digər enerji layihələrinin reallaşdırılmasına təkan verə biləcəyini əlavə etmişdir.
Azərbaycanın Xəzər dənizi regionunu ABŞ və Avropa şirkətləri üçün əməkdaşlığa açqı elan etməsi barədə strateji seçiminin ölkəmizin suverenliyini və siyasi müstəqilliyini möhkəmləndirməsinə imkan verdiyini deyən Nərgiz Qurbanova həyata keçirilən enerji layihələrinin regionda sosial və iqtisadi irəliləyişlərin əsasında dayandığını vurğulamışdır.
Hazırda Azərbaycanın əsas məqsədinin Avropa bazarını rəqabətədavamlı və etibarlı enerji resursları ilə təmin etmək olduğunu qeyd edən N.Qurbanova enerji layihələrinə ABŞ tərəfindən siyasi dəstəyin verilməsinin vacibliyini vurğulamış və bu xüsusda "Cənub dəhlizi" layihəsinə ABŞ hökumətinin dəstək verməsinin təqdirəlayiq olduğunu vurğulamışdır.
Təbirin sonunda iştirakçılar Azərbaycanın enerji tarixindən bəhs edən sərgi ilə tanış olmuşlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında