Azərbaycanın SİNAM şirkəti Qırğızıstanda tenderin qalibi olmuşdur

Azərbaycanın SİNAM şirkəti Qırğızıstanda elan edilmiş çox böyük və mühüm tenderin qalibi olmuşdur.
Şirkətdən verilən məlumata görə, Qırğızıstan Respublikası "Vergi inzibatçılığında islahat və modernləşdirmə" layihəsi üçün Asiya İnkişaf Bankının (AsİB) Qrantını qazanmışdır. Bu layihənin əsas tərkib hissəsi Dövlət Vergi Xidmətinin mərkəzi aparatında və ölkənin bütün rayon vergi müfəttişliklərində inteqrasiya edilmiş vergi inzibatçılığı sisteminin proqram təminatının yaradılması və tətbiq edilməsidir. "İşəgötürən" qismində çıxış edən Dövlət Vergi Xidməti bu məsələdə marağı olan bütün informasiya-telekommunikasiya şirkətlərini müsabiqə hərraclarında iştirak etməyə dəvət etmişdir.
Xatırladaq ki, vergi inzibatçılığı üçün işlənib hazırlanan proqram təminatının tərkibinə vergi ödəyicilərinin qeydiyyata alınması, gəlirlərin uçotu, vergi bəyannaməsinin işlənməsi, audit, borcların məcburi tutulması, apelyasiya, üçüncü tərəfin məlumatlandırılması modulları və güclü veb-sayt daxil olmalı idi.
Müsabiqə hərraclarında iştirak etmək üçün proqram təminatının müəllifinə təqdim edilən təsnifat tələbləri arasında həmin icraçının Asiya İnkişaf Bankının üzvü olan ölkəni təmsil etməsi, 2007-2009-cu illərdə minimal dövriyyənin həcmi 3 milyon ABŞ dollarına bərabər olması, proqram təminatının işlənib hazırlanması üçün İSO 9001 sertifikatına malik olması, həmçinin 2005-2009-cu illərdə hər birinin dəyəri 2 milyon ABŞ dolları və ya daha çox olan informasiya-telekommunikasiya proqram təminatı üzrə 2 kontrakt yerinə yetirməsi və öz qrupunda işləmək üçün proqram təminatı mühəndislərini və proqramçıları cəlb edə bilməsi kimi tələblər vardır.
Azərbaycan şirkətinin bu qələbəsi ölkəmizin özəl sektorunun xaricdə, o cümlədən Mərkəzi Asiyada inkişaf etməsi perspektivləri baxımından çox vacibdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında