Avstriyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışı olmuşdur

İyunun 23-də Avstriya Respublikasının Azərbaycan Respublikasında səfirliyinin rəsmi açılışı münasibətilə "Land mark" biznes mərkəzində tədbir keçirilmişdir.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun da iştirak etdiyi tədbirdə əvvəlcə Avstriyanın Bakıda səfərdə olan xarici işlər naziri Mixael Şpindeleqqer səfirliyin rəmzi açılışını bildirən lenti kəsmişdir.
Ə.Abbasov əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ən xoş arzularını və təbriklərini çatdırmışdır. Nazir Azərbaycan-Avstriya hökumətlərarası komissiyanın sədri kimi, bu günü çoxdan gözlədiyini vurğulamış, Avstriyanın geniş tərkibli nümayəndə heyətinin Bakıya səfərini əlamətdar hadisə adlandırmışdır.
Ə.Abbasov bildirmişdir ki, Azərbaycan müstəqillik əldə edəndən sonra Avstriya ilə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Avropanın enerji təminatında Avstriya Azərbaycanın strateji tərəfdaşıdır.
Nazir ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinə də toxunaraq Avstriyada Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının səhnələşdirildiyini xatırlatmışdır.
Mərasimdə çıxış edən Avstriyanın xarici işlər naziri M.Şpindeleqqer isə diplomatik nümayəndəliyin açılmasının ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişafına verdiyi xüsusi əhəmiyyətin bariz nümunəsi olduğunu bildirmişdir.
Ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini deyən M.Şpindeleqqer, avstriyalı iş adamlarının azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulamışdır. Səfirliyin açılmasının iki ölkənin əlaqələrinin inkişafına mühüm təsir göstərəcəyini deyən nazir bildirmişdir ki, Avstriya Azərbaycan ilə təkcə enerji sahəsində deyil, iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Vurğulanmışdır ki, Avstriyanın Bakıda səfirlik açmasında məqsəd Azərbaycan ilə siyasi, iqtisadi, mədəni, təhsil və turizm sahələrindəki ikitərəfli əlaqələri genişləndirmək və intensivləşdirməkdir.
Mərasimdə Azərbaycanın və Avstriyanın dövlət və hökumət rəsmiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdə Avstriyadan gəlmiş "Minetti" kvartetinin ifasında Haydn, Şubert və Bethovenin əsərləri səsləndirilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında