Azərbaycanın mədəniyyət və turizm naziri Litvada iki ölkənin turizm sahəsində əməkdaşlığının inkişafı məsələlərini müzakirə etmişdir

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Litvanın mədəniyyət naziri Arunas Gelunasın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir.
Azərbaycanın Litvadakı səfirliyindən bildirmişlər ki, Ə.Qarayevin litvalı həmkarı A.Gelunasla görüşündə iki ölkə arasında mədəni əlaqələrin gələcək inkişafı məsələləri müzakirə edilmişdir. Görüşdə Azərbaycan və Litva arasında dostluq münasibətlərindən, o cümlədən onların bir çox layihələrdə birgə iştirakından məmnunluq ifadə edilmişdir.
Azərbaycan nümayəndə heyəti yenidən qurulmaqda olan, gələcəkdə muzey kimi fəaliyyət göstərəcək Litvanın Böyük Kral Sarayına getmiş, orada aparılan bərpa işləri ilə tanış olmuşdur. Səfər çərçivəsində Əbülfəs Qarayev Litva Milli İncəsənət Qalereyasında Litva rəssamlarının əsərlərindən ibarət sərgiyə tamaşa etmişdir.
Görüşlərdə tarixi və mədəni irsin hifz olunması sahəsində təcrübə mübadiləsinin zəruri olduğu vurğulanmışdır.
Sonra nazir Ə.Qarayev Azərbaycan səfirliyinin təşəbbüsü ilə Litva Edukologiya Universitetində açılacaq Nizami Mərkəzində aparılan işlərlə tanış olmuşdur. Universitetin rektoru və rəhbərliyi ilə görüş keçirilmişdir.
Azərbaycanın mədəniyyət və turizm naziri səfər çərçivəsində Litva Dövlət Turizm Departamentinin direktoru Raymond Balniyene ilə görüşmüşdür. Görüşdə iki ölkənin turizm sahəsində, o cümlədən hər iki ölkədən turistlərin səfərləri üçün prosedur qaydalarının sadələşdirilməsi sahəsində qarşılıqlı fəaliyyətin gələcək inkişafı məsələləri müzakirə edilmiş, əməkdaşlığın davam etdirilməsinə dair razılaşma əldə olunmuşdur.
Görüşlərdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə iştirak etmişdir.

{nl}

Nigar HÜSEYNOVA, AzərTAc-ın xüsusi müxbiri
Riqa

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında