Pedro OLİVYERA: Azərbaycanın inşaat və sənaye sahələrinin necə sürətlə inkişaf etdiyini çox yaxşı bilirik

"Bakubuild" sərgisində iştirakımızın başlıca məqsədi Azərbaycan bazarında marketinq tədqiqatları və biznesin inkişaf perspektivlərini təhlil etmək, inşaat və digər sənaye şirkətləri arasında metal və taxta emalı üzrə avadanlıqların potensial idxalatçıları ilə görüşlər keçirmək və danışıqlar aparmaqdır. 
"Bakubuild" sərgisinin iştirakçısı "FREZITE" şirkətinin satış üzrə regional meneceri Pedro Olivyera AzərTAc-a bildirmişdir ki, biz Azərbaycanın inşaat və sənaye sahələrinin necə sürətlə inkişaf etdiyini çox yaxşı bilirik. Bu isə keyfiyyətli alətlərə tələbatın artması deməkdir. Buna görə də biz ilk dəfə olsa da bu sərgidə əminliklə iştirak edirik. Burada satışın təşkili üçün potensial müştərilər və mümkün tərəfdaşlar tapacağımıza ümid bəsləyirik.
"FREZITE" şirkətlər qrupu texnologiyalar sektorunda fəaliyyət göstərir və hazırda dünyanın beş qitəsinin 50-dən çox ölkəsində təmsil olunur. Şirkət öz alətlər sistemini, o cümlədən ağac və metal emal edən alət üçün avadanlıqlar təklif edir. Buna həm standart, həm də xüsusi təyinatlı frezlər və frez başlıqları, sirkulyasiyalı mişarlar üçün taxma başlıqlar və bıçaqlar, habelə yarımkristal almaz aləti üçün dəstlərin geniş çeşidi daxildir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında