Tehranda "Qarabağnamə: qədim dövrdən müasir dövrədək" kitabı nəşr olunmuşdur

Tarixçi alim Pərviz Zare Şahmirzənin "Qarabağnamə: qədim dövrdən müasir dövrədək" elmi əsəri Tehranda fars dilində təkrar nəşr olunmuşdur.
Mühüm tarixi faktlar və arxiv sənədləri əsasında yazılmış 625 səhifəlik kitabda Azərbaycan Respublikasının Qarabağ bölgəsinin tarixi, müasirliyi, reallıqları, qədim mədəniyyəti, el adətləri və s. məsələlərdən bəhs olunur. Dağlıq Qarabağ və ona bitişik ərazilərin təcavüzkar Ermənistan tərəfindən zəbt olunması və bu gün də işğalda saxlanılmasının siyasi səbəb və məqsədlərini təhlil edən müəllif yazır ki, ermənilərin bu bölgəyə köçürülməsinin əsasını böyük dövlətlərin regiondakı səngiməyən maraqları təşkil etmişdir. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan tərəfinin səy göstərdiyi sülh yolu ilə həll olunmasına mane olan əsas amil Ermənistanın təcavüzkar siyasətindən əl çəkməməsi və bölgədə toqquşan siyasi maraqlardır.
Kitabda Qarabağ bölgəsində doğulmuş azərbaycanlı tarixi şəxsiyyətlərin, Azərbaycan Ordusunun hərbçilərinin, buradakı qədim mədəniyyət abidələrinin və s. fotoşəkilləri də yer almışdır.
Əsərin yazılmasında beş yüzdən çox tarixi mənbədən və rəsmi sənəddən istifadə olunmuşdur. Kitabdakı bütün məqamlar Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu təsdiq edir və tədqiqatçılar üçün mühüm mənbədir.

{nl}

Sabir ŞAHTAXTI AzərTAc-ın xüsusi müxbiri
Tehran

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında