Azərbaycan ilə Avstriya arasında iqtisadi münasibətlər prioritet təşkil edəcəkdir

İyunun 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Avstriyanın Avropa və beynəlxalq işlər üzrə federal naziri Mixael Şpindeleqqer ilə görüşmüşdür.
Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunmuş məsələlər haqqında məlumat vermişlər.
Nazir E.Məmmədyarov bildirmişdir ki, görüşdə Azərbaycan ilə Avstriya arasında əlaqələrin mövcud vəziyyəti və perspektivləri, enerji sahəsində müxtəlif layihələr, xarici siyasət idarələri və diplomatik akademiyalar arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılmışdır.
Bundan əlavə, görüşdə qarşılıqlı olaraq hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsi barədə razılıq əldə olunmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyi barədə avstriyalı qonağa məlumat verilmiş, məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmasının mümkünlüyü vurğulanmışdır.
Avstriyanın Azərbaycanda səfirliyinin açılmasının ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə böyük imkanlar yaradacağını deyən E.Məmmədyarov qeyd etmişdir ki, ölkəmiz bu əməkdaşlığa hazırdır.
M.Şpindeleqqer Avstriya ilə Azərbaycan arasında həmişə xüsusi bir yaxınlığın olduğunu, amma bu gün keçirilən görüşdə daha dərin əməkdaşlığın perspektivlərinin müzakirə edildiyini demişdir. Avstriyalı nazir bildirmişdir ki, ölkələrimiz arasında iqtisadi münasibətlər prioritet təşkil edəcəkdir. O, azərbaycanlı həmkarını Vyanaya rəsmi səfərə dəvət etdiyini qeyd etmişdir.
İqtisadi əlaqələrin perspektivinə dair sualı cavablandıran E.Məmmədyarov Avstriyanın böyük enerji şirkəti olan "OMV"-nin Bakıda ofisini, ARDNŞ-in isə Vyanada nümayəndəliyini açdığını demişdir. Nazir vurğulamışdır ki, gələn il Azərbaycanda iki ölkənin birgə layihəsi olan qış turizmi ilə bağlı obyekt istifadəyə veriləcəkdir.
Avstriyalı jurnalistin "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini mümkün sayırmı" sualını cavablandıran E.Məmmədyarov demişdir ki, xarici işlər naziri kimi bu məsələnin diplomatik yolla həll olunmasını arzulayıram. Bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin mövqeyidir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında