"Sağlamlıq - 2012" Respublika Spartakiadası starta çıxır

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "Spartak" Könüllü Bədən Tərbiyəsi - İdman Cəmiyyəti Respublika Şurasının birgə keçirdikləri rabitə işçilərnin "Sağlamlıq - 2012" Respublika Spartakiadası start ərəfəsindədir. Bugun saat 11-də Bakı İdman Sarayında spartakiadanın təntənəli açılış mərasimi olacaqdır.
Respublikamızda rabitənin yaradılmasının 131 illiyinə həsr edilmiş "Sağlamlıq -2012" Spartakiadasının final mərhələsində 17 komanda iştirak edəcəkdir. Bu startlarda səkkiz yüzdən çox əməkçi öz idman bacarığını nümayiş etdirəcəkdir.
Yarışlar Bakı İdman Sarayı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionu, Respublika Şahmat Mərkəzi və paytaxtın digər idman bazalarında təşkil olunacaqdır.
Rabitə işçiləri spartakiadasının iştirakçıları idmanın doqquz növü - atletika (kross), voleybol, stolüstü tennis, kəndirdartma, mini-futbol, nərd, şahmat, dama və güllə atıcılığı yarışlarında mükafata layiq yerlər uğrunda mübarizə aparacaqlar. Oktyabrın 20-də başlayıb noyabrın 25-də finişə çatacaq spartakiadada Aztelekom, Teleradio, BTPİB, Azərpoçt MMC və daha 13 təşkilatın nümayəndələri yarışacaqlar.
Qarşıda dost-rəqibləri maraqlı və gərgin startlar gözləyir. Şübhəsiz, 17 komandadan hər birinin təmsilçiləri yarışlarda mümkün qədər uğurla çıxış edib öz müəssisə və təşkilatlarının idman şərəfini layiqincə qorumaq əzmindədirlər. Hansı kollektivlərin turnirlərə daha yaxşı hazırlaşdığını isə startlar göstərəcək.
Lakin belə yarışlarda idman nəticələri bir növ arxa plana keçir. Spartakiadalar ilk növbədə əməkçilərin asudə vaxtının daha səmərəli təşkilinə, onların istirahətinin şən və mənalı keçməsinə xidmət edir. Azərbaycanda dövlətimizin böyük qayğısı ilə əhatə olunmuş bədən tərbiyəsi və idmana mühüm əhəmiyyət verildiyi, ölkə idmançılarnın beynəlxalq meydanda - dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında uğurlarının durmadan artdığı bir vaxtda sıravi bədən tərbiyəçiləri də sağlamlıq və gümrahlıq məşğələlərindən kənarda qalmamalıdır. Hər bir məşğələ və yarış onlara öz fiziki hazırlıqlarını yaxşılaşdırmaq, daim mübariz formada olmaq imkanı verir, gənclərə nəcib keyfiyyətlər aşılayır. Bu mənada rabitə işçilərinin "Sağlamlıq -2012" Respublika Spartakiadası da istisna olmayacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında