Balakənli gənclərin hərbi- vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir

"Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan ulu öndər Heydər Əliyev həm də bugünkü qüdrətli ordumuzun yaradıcısıdır. Bu gün Azərbaycan Ordusu verilən istənilən tapşırığı, göstərilən bütün etimadları dərhal və ləyaqətlə yerinə yetirmək iqtidarındadır. 
Hər bir azərbaycanlı fəxr edə bilər ki, indi bizim Silahlı Qüvvələrimiz müasir dünyanın ən öndə gedən ordularının təcrübəsinə yiyələnimiş, NATO standartları səviyyəsində formalaşdırılmışdır. Bu gün bizim ordumuz müstəqilliyin ilk illərində mövcud olmuş pərakəndəlik və özbaşınalıqdan uzaq, vahid mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin ən incə məqamlarını mənimsəmiş bir ordu səviyyəsindədir. Biz balakənlilər fəxr edirik ki, qüdrətli Azərbaycan Ordusunun sıralarında xidmət edən gənclərimiz Vətənə sədaqətin ən mükəmməl nümunələrini yaradırlar."
Bu fikirləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Balakən Rayon Şöbəsinin rəisi, polkovnik leytenant Nizami Quliyev gənclərin hərbi xidmətə yola salınması mərasimində söylədi. Natiq qeyd etdi ki, indi ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Milli Ordu quruculuğuna xüsusi qayğı göstərir. Məhz həmin qayğının nəticəsi olaraq ordumuz gündən-günə daha möhkəm maddi -texniki bazaya malik olur. İndi artıq gənclər Azərbaycan Ordusunda xidmət etməyi özlərinin bir nömrəli vəzifə borcu kimi qəbul edirlər. Biz bunu balakənli gənclərin timsalında görürük. Fəxr edirik ki, Azərbaycan Ordusu havada, suda və quruda Vətənin maraqlarını şərəflə və ləyaqətlə qoruyur.
Şöbə rəisi rayon rəhbərliyini, valideynləri və ictimaiyyət nümayəndələrini əmin etdi ki, Azərbaycan gəncliyinin yenilməz sırasında dəyanət və mətanətlə təmsil olunan balakənli çağırışçılar torpaqlarımızın düşmən tapdağından təmizlənməsi üçün istənilən əmrin yerinə yetirilməsinə hazırdırlar: "Çünki biz yeniyetmə və gənclərimizin orduyaqədərki təlim və tərbiyəsinə xüsusi önəm veririk. Bu məsələ rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin daimi diqqət mərkəzindədir. Yaşayış məntəqələrində, xüsusən, orta məktəblərdə hərbi- vətənpərvərlik mövzusunda keçirdiyimiz istənilən tədbirdə rayon rəhbərliyinin və yerli təşkilatların dəstəyini daim görürük. Elə bu birgə fəaliyyətin nəticəsidir ki, ordu sıralarına yola saldığımız gənclərin hamısının xoş sədalarını eşidir, onlarla fəxr edirik. Bu faktı yada salarkən valideynlərin, orta məktəb müəllimlərinin , ictimaiyyət nümayəndələrinin, müharibə və əmək veteranlarının ümumi işə kömək olan fəaliyyətini qiymətləndirməmək mümkün deyil . Biz əminik ki, həmin ənənə bundan sonra da uğurla davam etdiriləcək."
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və mərasimin digər iştirakçıları çağırışçıları Vətənin, xüsusən, Balakənin adına layiq xidmət etməyə çağırdılar. Rayon ağsaqqalları və valideynlər gənclərə "yaxşı yol" arzulamaqla yanaşı, onlara konkret tapşırıqlar da verdilər: "Bu Vətən sizindir və onun təəssübünü siz çəkməli, sərhədlərini siz qorumalısınız." Hərbi xidmətə yolasalma mərasimi el şənliyi kimi şən musiqi parçaları və yaddaqalan rəqslərlə davam etdirildi.

{nl}

İlqar HƏSƏNOV, " Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında