"Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycandakı Milli nümayəndəliyinin direktoru Rusiyanın "Dostluq" ordeninə layiq görülmüşdür

Bu haqda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Fərman imzalamışdır.
Fərmanda deyilir ki, İ.Paşazadə Rusiyanın bu yüksək dövlət mükafatına teleradio verilişlərinin inkişafına böyük töhfəsinə və "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Respublikasındakı Milli nümayəndəliyinin direktoru vəzifəsində çoxillik səmərəli fəaliyyətinə görə layiq görülmüşdür. O, artıq 10 ildir ki, Teleradio Şirkətinin Azərbaycandakı Milli nümayəndəliyinə başçılıq edir.
"Mir" Dövlətlərarası Teleradio Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti MDB-nin iştirakçısı olan dövlətlərin başçıları arasında bağlanmış sazişə əsasən 1992-ci il oktyabrın 9-da yaradılmışdır. 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan MDB-yə daxil olmuş və beləliklə, ölkəmiz "Mir" Teleradio Şirkətinin həmtəsisçilərindən birinə çevrilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında