KİVDF Yevlax şəhərində konfrans keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə oktyabrın 19-da Yevlax şəhərində Azərbaycanın Qərb bölgəsində fəaliyyət göstərən KİV üçün konfrans keçirilib.
Konfransda bölgənin 8 rayonunda fəaliyyət göstərən həm elektron, həm də çap KİV təmsilçiləri iştirak ediblər. Tədbirə, həmçinin, Bakıda fəaliyyət göstərən 15-ə yaxın ümumrespublika yayımlı KİV rəhbərləri və təmsilçiləri də qatılıblar.
Konfrans "İnformasiya əldə etmək haqında Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı regional KİV-in maarifləndirilməsi" layihəsi çərçivəsində keçirilib.
Tədbirdə regional KİV ilə icra strukturlarının qarşılıqlı əməkdaşlığı məsələləri müzakirə edilib. KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov KİV ilə icra strukturlarının əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti yönündə fikirlərini bildiriblər.
Bundan sonra KİVDF-nin eksperti, hüquqşünas Aydın Kərimov "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunu, ona əlavə və dəyişikliklər barədə məruzə ilə çıxış edib. O, İnformasiya əldə etmək haqqında Qanunun medianın fəaliyyəti üçün yaratdığı üstünlükləri şərh edib.
Konfransda, paytaxtda fəaliyyət göstərən ümumrespublika yayımlı KİV rəhbərlərindən "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, "Trend" İA baş redaktoru İlqar Hüseynov, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Xalq qəzeti"nin əməkdaşı Tahir Aydınoğlu çıxış edərək "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun jurnalistlərə verdiyi imtiyazlardan danışıblar.
Yevlaxda fəaliyyət göstərən "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı, "Gəncənin səsi" qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, "Yeni Tərtər" qəzetinin baş redaktoru Tofiq Hüseynov mövzu ətrafında fikirlərini bölüşmüş, belə hüquqi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

{nl}

Sonda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli regional KİV-in inkişafı üçün fondun nəzərdə tutduğu layihələr barədə məlumat verib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında