Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

Oktyabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə oktyabrın 3-də keçirilmiş iclasın protokolu təsdiq edilmişdir. MSK Azərbaycan Respublikasının Seçki Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar komissiyanın bəzi normativ xarakterli aktlarına düzəlişlər edilməsi barədə qərarlar qəbul etmişdir.
MSK-nın iclasında 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik də edilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Komissiyanın iclasında kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında