Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1-ci və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair Goranboy Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132-ci maddəsində nəzərdə tutulan əsaslarla övladlığa götürmənin ləğvinə dair qərar qəbul edərkən məhkəmə iş üzrə bütün halları nəzərə almalı və uşağın mənafeyindən çıxış etməlidir.
Övladlığa götürənlər tərəfindən uşaqların maraqları və hüquqları nəzərə alınmaqla onların başqa şəxslərlə münasibət qurmalarına məhdudiyyətlərin müəyyən edilməsi valideynlik hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda həmin Məcəllənin 133-cü maddəsində göstərilən şəxslər tərəfindən övladlığa götürmənin ləğv edilməsi barədə məhkəməyə müraciət edilməsi övladlığa götürmənin sirrini pozmur və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 175-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətini yaratmır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında