Türkiyə qardaş Azərbaycan xalqının uğurlarına sevinir və hər zaman onun yanında olacaqdır

Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 19-da Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri İsmayıl Alpər Coşqun ilə görüşmüşdür. 
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə O.Əsədov səfirə yeni vəzifəsində uğurlar arzulamışdır. Bildirilmişdir ki, dost və qardaş xalqlarımız arasında tarixən mövcud olan əlaqələr yeni mərhələdə günbəgün dərinləşməkdədir. Türkiyə ilə münasibətlər müstəqil Azərbaycanın xarici siyasətində çox önəmli yer tutur. Ulu öndər Heydər Əliyevin "bir millət iki dövlət" ifadəsi bugünkü əməkdaşlığımızın qayəsini təşkil edir.
Siyasi, iqtisadi sahədə əlaqələrimiz daha da möhkəmlənir. Dövlətlərarası münasibətlər sistemində çox önəmli rol oynayan parlamentlər münasibətlərimizin daha da dərinləşməsinə layiqli töhfələrini verməkdədir. Deputatlarımızın qarşılıqlı səfərləri, mötəbər beynəlxalq qurumlarda birgə, səmərəli fəaliyyəti təqdirəlayiqdir. Biz gələcəkdə bu sahədə münasibətlərimizi daha da dərinləşdirmək niyyətindəyik.
Milli Məclisin sədri ümidvar olduğunu bildirmişdir ki, Türkiyənin ölkəmizdəki yeni səfiri xalqlarımızın rifahı naminə əlaqələrimizin daha da möhkəmlənməsi işində öz səylərini əsirgəməyəcəkdir.
Səfir İsmayıl Alpər Coşqun ölkələrimiz arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulamışdır. Diplomat həyatın müxtəlif sahələrində münasibətlərimizin daha da inkişafı naminə öz qüvvə və bacarığını əsirgəməyəcəyini söyləmişdir. Bildirmişdir ki, Türkiyə qardaş Azərbaycan xalqının uğurlarına sevinir və gələcəkdə də hər zaman onun yanında olacaqdır.
Söhbətdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, parlamentlər səviyyəsində münasibətlərin inkişafı, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında