İngiltərənin nüfuzlu "Halı" jurnalında Azərbaycanın xalça sənətindən bəhs edən geniş məqalə dərc olunmuşdur

İngiltərənin nüfuzlu "Halı" jurnalının 173-cü nömrəsində Azərbaycan haqqında geniş məqalə dərc olunmuşdur. Yazıda Azərbaycanda xalça sənətinin tarixinin çox-çox qədimlərə gedib çıxdığı bildirilir.
Məqalədə ölkəmizdə fəaliyyət göstərən "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" qalereyası barədə ətraflı məlumat verilmiş, bu qalereyanın dünyadakı bir çox xalça mərkəzlərindən fərqləndiyi vurğulanmışdır. Bildirilmişdir ki, Azərbaycanda fəaliyyət göstərən "Sehrli ilmələr" qalereyasının fərqliliyi xalçanın hazırlanma prosesinin bütövlükdə bir mərkəzdə cəm olunmasıdır. Hazırda "Azər-İlmə"də rəssamların, sənətşünasların, xalçaçıların, boyaqçıların və digər mütəxəssislərin də çalışdığı vurğulanmışdır.
Məqalədə burada toxunan xalçaların beynəlxalq aləmdə də layiqli qiymətini aldığı bildirilmiş, Azərbaycanın xalça sənətinin tarixindən bəhs edən kitablar haqqında geniş məlumat verilmişdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında