Həsən Əliyev adına Zəngəzur Milli Parkının ərazisində bəbirin yetkin fərdinin ilk fotosu çəkilmişdir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu, parkın cənub hissəsində Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin monitorinqi zamanı mümkün olmuşdur.
Bu fakt son illərdə xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsinə, ekoloji maarifləndirmə işlərinin aparılmasına real nümunə hesab olunur və nəticə etibarilə bəbirin yaşaması, onun qida obyektləri olan iri dırnaqlı heyvanların (beoar keçi, muflon və s.) sayının artması üçün təhlükəsiz şəraitdən xəbər verir. Şəkli çəkilən bəbirin gənc dişi fərd olması xüsusilə sevindirici haldır, çünki bu cür fərdlər onlara uyğun mühitdə yaşayaraq davamlı populyasiyanın yaranmasına başlanğıc verir.
Son illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) Beynəlxalq Ekoloji Kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən "Böyük beşlik" proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini vermişdir.
Azərbaycan Respublikasının "Qırmızı kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahısı"na daxil edilmiş təbiətin nadir incisi olan bəbirlərin tarixi areallarının qorunub saxlanılması məqsədilə ETSN tərəfindən onların məskunlaşdığı sahələrdə (Hirkan və Zəngəzur Milli parkları, İlisu Dövlət Təbiət Qoruğu və s.) xüsusi mühafizə olunan təbiət əraziləri yaradılmışdır.
ETSN 2000-ci ildən Dünya Təbiəti Mühafizə Fondu ilə əməkdaşlıq çərçivəsində ölkə faunasının ən nadir növlərindən biri olan Qafqaz bəbirinin mühafizəsi istiqamətində iş aparır. Bu əməkdaşlıq çərçivəsində 2009-cu ildə nazirlik tərəfindən Azərbaycanda bəbirlərin mühafizəsinə dair Milli Fəaliyyət Planı təsdiqlənmişdir. Planın tərtib olunmasında Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN) bütün dünyada pişikkimilərin nadir nümayəndələrinin mühafizəsi ilə məşğul olan ekspertləri iştirak etmişlər.
Fəaliyyət Planı iki əsas istiqamətdə - bəbirlər yaşayan xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizəsinin gücləndirilməsi, ölkə üzrə növün populyasiyalarının monitorinqi sahələrində işlərin aparılmasını nəzərdə tutur.
Bir-birindən təcrid olunmuş populyasiyalar arasında gen mübadiləsini təmin etmək məqsədi ilə gələcəkdə iri landşaft vahidləri (ekoloji koridorlar) səviyyəsində işlərin aparılması nəzərdə tutulur.
Məlum olduğu kimi, 2012-ci il oktyabrın 13-də Moskva şəhərində IDEA Beynəlxalq Ekoloji kampaniyası və Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Rusiya nümayəndəliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Həmin müqaviləyə əsasən, iki ölkə arasında bəbirlərin də mühafizəsi istiqamətində işlərin sürətləndirilməsi nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında