Qafqaz Müsəlmanları İdarəsinin sədri "Vətən övladı" qızıl medalına layiq görülmüşdür

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə "Dədə Qorqud" Milli Xeyriyyəçilik Fondunun prezidenti Eldar İsmayılov ilə görüşmüşdür. 
QMİ-nin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Eldar İsmayılov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə şeyxülislam Allahşükür Paşazadəyə məlumat vermişdir. O, həmçinin QMİ sədrinin İslam dininin təbliği sahəsindəki xidmətlərini, regionda və bütün dünyada sülhün qorunması yolunda göstərdiyi fəaliyyəti yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, "Dədə Qorqud" Milli Xeyriyyəçilik Fondu milli özünüdərkin təbliğində fərqlənən, Vətənə, xalqa müstəsna xidmətləri ilə seçilən şəxsləri "Vətən övladı" qızıl medalı ilə təltif edir. Fondun idarə heyətinin qərarı ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bu il həmin mükafata layiq görülmüşdür.
Fondun rəhbəri "Vətən övladı" qızıl medalını şeyxülislam A.Paşazadəyə təqdim etmişdir.
Mükafata görə təşəkkürünü bildirən QMİ sədri Fonda gələcək fəaliyyətində uğurlar arzulamışdır.
"Vətən övladı" qızıl medalına layiq görülənlər arasında görkəmli tarixçi, ictimai xadim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Ukraynanın sabiq prezidenti Leonid Kuçma kimi tanınmış şəxslər vardır. QMİ-nin sədri bu medala layiq görülən ilk din xadimidir.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında