Lerik rayonu Vizəzəmin bələdiyyəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdır

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılmış araşdırmalarla Lerik rayonunun Vizəzəmin bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir.
Vizəzəmin bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən meşə fonduna aid 7 hektar 58 sot torpaq sahəsi istirahət zonası yaratmaq, ev tikmək və sair məqsədlərlə qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara paylanılmışdır. Bundan başqa, bir hektar meşə massivinin bələdiyyənin ərazisinə aid olması barədə qanunsuz qərar verilməklə həmin torpaq sahəsi hərraca çıxarılmışdır. İstifadəyə verilmiş sahələrdə torpağın qazılaraq götürülməsi nəticəsində meşə fonduna 27 min 27 manat, torpağın üst münbit qatının götürülməsi nəticəsində 64 min 350 manat, ümumilikdə isə 91 min 377 manat məbləğində ziyan vurulmuşdur.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Lerik rayonunun Vizəzəmin bələdiyyəsinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında