Hüquqi və fiziki şəxslərin sayı artır

2012-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədə hüquqi şəxslərin sayı artmaqda davam etmiş və qeydiyyatdan keçmiş 3883 hüquqi şəxsin 136-sı dövlət mülkiyyətinə, 3296-sı xüsusi mülkiyyətə, 362-si tam xarici investisiyalı, 88-i birgə müəssisələrə, 1-i isə bələdiyyə mülkiyyətinə aid olmuşdur.
Yeni müəssisələrin 60,6 faizi Bakı, 13,1 faizi Aran, 7,1 faizi Abşeron və 5,5 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına əsasən, 2012-ci ilin oktyabr ayının 1-i vəziyyətinə fiziki şəxslərin sayı 415 mindən çox olmuşdur. 9 ay ərzində fiziki şəxslər Bakı, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Abşeron və Lənkəran iqtisadi rayonlarında daha çox qeydiyyata alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında