Azərbaycan-Bosniya və Herseqovina biznes forumu keçirilmişdir

Oktyabrın 18-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakı Biznes Mərkəzində Azərbaycan-Bosniya və Herseqovina biznes forumu keçirilmişdir.
AzərTAc xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Bosniya və Herseqovinanın Xarici Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, inşaat, İKT, neft-qaz və kimya məhsullarının istehsalı, ətraf mühitin mühafizəsi, su qurğularının tikintisi, metallurgiya, təhlükəsizlik və yanğınsöndürmə xidmətləri və digər sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak etmişdir.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişləndiyini, ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini qeyd etmişdir.
Bosniya və Herseqovinanın Xarici Ticarət Palatasının vitse-prezidenti Veselin Poljaseviç iki ölkə arasında mövcud iqtisadi əlaqələr barədə məlumat vermiş, iş adamlarının əməkdaşlığının genişləndirilməsinin Bosniya və Herseqovina və Azərbaycanın iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını vurğulamışdır.
AZPROMO-nun nümayəndəsi Qədir Hüseynov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Bosniya və Herseqovinanın İxracın Təşviqi Agentliyinin direktoru Enes Aliskoviç isə ölkəsinin investisiya mühiti, ixrac və idxal imkanları barədə təqdimatlarla çıxış etmişlər.
Tədbirdə hər iki ölkənin iqtisadi potensialına dair videoçarxlar nümayiş olunmuşdur.
Tədbir iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam etmişdir.
Səfər çərçivəsində Bosniya və Herseqovinadan olan iş adamları Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olacaqlar.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında