Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin memarları Bakıda toplaşmışlar

Oktyabrın 18-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Bakı şəhərində MDB-yə üzv ölkələrin inşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının XXXIV iclası işə başlamışdır.
MDB-yə üzv ölkələrin tikinti üzrə nazirliklərinin, komitələrinin və agentliklərinin rəhbərlərinin iştirak etdikləri iclası Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov açaraq ölkəmizdə müstəqillik illərinin memarlığı və yeni tikililər haqqında məlumat vermişdir.
Azərbaycanın əsrə bərabər inkişaf yolu keçdiyini, dünya dövlətləri sırasında layiqli yer tutmağa müvəffəq olduğunu söyləyən komitə sədri bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində respublikada ictimai-siyasi sabitlik yaradılmış və quruculuq dövrü başlanmışdır. İndi Azərbaycan dünya birliyinin bərabərhüquqlu üzvü kimi xalqın istəyinə və iradəsinə uyğun olaraq müstəqil iqtisadi-siyasi xətt yeridir. Müstəqillik illərində ölkəmizdə ümumi sahəsi 24 milyon kvadratmetr olan yeni yaşayış evləri, 393 min şagird yerlik məktəb, 7 mindən artıq çarpayılıq xəstəxana istifadəyə verilmişdir.
Ölkəmizdə tikinti üzrə mükəmməl qanunvericilik bazasının mövcudluğunu diqqətə çatdıran komitə sədri nəinki paytaxt Bakıda, eləcə də bölgələrdə əhalinin rahatlığı və əlverişli həyat şəraitinin təmin olunması üçün körpülərin, keçidlərin, olimpiya idman komplekslərinin tikintisinin geniş vüsət aldığını söyləmişdir. O qeyd etmişdir ki, idman və səhiyyə qurğuları tikintisinin ilbəil artan həcminin isə MDB ölkələrində analoqu yoxdur. Müasir memarlıq üslubunda tikilən ayrı-ayrı ictimai binaların gözəl görkəmi hətta respublikamıza gələn xarici qonaqları məftun edir.
Abbas Ələsgərov onu da vurğulamışdır ki, paytaxtın mərkəzi hissəsindən sənaye obyektlərinin, o cümlədən liman və gəmi təmiri zavodlarının köçürülməsi üzrə görülən işlər Bakının ekoloji şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır. Bütün bunlar tikinti və layihələndirmə sahəsində dünya təcrübəsinin öyrənilməsində, həmçinin Azərbaycan memarlıq ənənələrinin beynəlxalq miqyasda tanıdılmasında çox mühüm əhəmiyyətə malikdir.
Sonra MDB-yə üzv ölkələrdə şəhərsalma, tikinti, memarlıq və kommunal-təsərrüfat sahəsində mövcud problemlər və onların həlli yollarına dair məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Tədbirdə Azərbaycanın bir qrup memarına MDB-yə üzv ölkələrin inşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının fəxri fərmanları təqdim olunmuşdur.
İclas oktyabrın 19-da işini davam etdirəcəkdir

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında