Fransa Azərbaycan ilə hərtərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verir

Oktyabrın 18-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri Paskal Mönye ilə görüşmüşdür.
Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycan və Fransanın fövqəladə halların idarə edilməsi üzrə məsul dövlət qurumları arasındakı əlaqələrdən danışmışdır. O, iki ölkənin müvafiq qurumları arasında imzalanmış sazişlərdən irəli gələn məsələlərin həllindən söhbət açaraq nazirliyin maddi-texniki imkanlarının artırılmasında Fransa şirkətlərinin istehsal etdikləri avadanlığın mühüm rol oynadığını bildirmişdir.
Nazir, həmçinin mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirmişdir.
Görüşdə nazir Kəmaləddin Heydərov Paskal Mönyeyə fəaliyyətində uğurlar arzulamış, səfirin diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Qonaq da öz növbəsində, görüşə görə təşəkkürünü bildirmiş və Fransanın Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında