Azərbaycan Skautlar Assosiasiyasının "Skaut Liderlik Məktəbi" layihəsi barədə M Ə L U M A T

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nda gənclərlə iş sahəsində digər vacib məsələlərlə yanaşı, rayon və şəhərlərdə gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, sağlam həyat tərzinin təbliği ilə bağlı seminar, konfrans, treninq, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirilməsi, bu sahədə gənc liderlərin hazırlanması kimi məsələlər də öz əksini tapmışdır. Bu məqsədlə Azərbaycan Skautlar Assosiasiyası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə 18-21 oktyabr 2012-ci il tarixlərdə "Skaut Liderlik Məktəbi" layihəsini həyata keçirir. Məqsəd gələcəkdə yerli səviyyədə fəaliyyət göstərəcək gənc liderlərin hazırlanmasıdır.
Layihənin iştirakçıları respublikanın ayrı-ayrı regionlarında yaşayan skaut qruplarının liderləri, Assosiasiyanın üzvləri və fəal gənclər olacaqlar.
Layihə bir neçə mərhələdə həyata keçiriləcəkdir. İlk növbədə təlimlər üçün metodiki vəsaitlər hazırlanacaqdır. Bu məqsədlə beynəlxalq ekspertin cəlb olunması ilə digər ölkələrin təcrübəsi təhlil edilərək zəruri olan təlim vəsaitləri hazırlanacaqdır. Birinci mərhələdə "Skautların Liderlik Məktəbi"nin yaradılması planlaşdırılır. İlk növbədə iştirakçılar müsabiqə əsasında seçiləcək və təlimlərə dəvət olunacaqlar. Beş günlük təlimlərdən sonra onlar gələcəkdə patrul liderləri olmaq imkanı qazanacaqlar. Avrasiya Skaut Bürosu ilə razılaşmaya əsasən ilk təlim kursları yerli liderlər və mütəxəssislərlə yanaşı, Avrasiya regional skaut bürosunun ekspertləri, Polşadan olan təlimçilərin iştirakı ilə keçiriləcəkdir.
Təlim kurslarının mövzuları əhatəli olacaqdır: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yolu ilə daim irəli", "Skautinqin əsasları","Skautların tərbiyəsi işinin məzmunu", "Oyunlar əsas tərbiyə üsulu kimi", "Əyləncəli idman tədbirlərinin təşkili" ,"Skaut düşərgələrinin təşkili","Skaut patrulunun fəaliyyətinin təşkili " və sairə. Təlimlərin nəticəsi kimi skaut liderləri praktiki vərdişlər əldə edərək patrul liderinə xas olan butun bilik və bacarlqları əldə edəcəklər. Bu biliklər onlara gələcəkdə müstəqil fəaliyyət göstərmək imkanı verəcəkdir. Təlimlərin sonunda hər bir iştirakçı "Patrul lideri" adına layiq görülərək, müvafiq sertifikatla təltif olunacaqdır. Növbəti mərhələdə yeni gənc liderlər yaşadıqları rayon və şəhərlərdə patrul liderləri kimi fəaliyyətə başlayacaqlar. Onlar uşaq və gəncləri skaut hərəkatına cəlb edərək müxtəlif yönümlü təlimlər və aksiyalar təşkil edəcəklər. Daha sonra onların fəaliyyətinin qiymətləndirilməsi üçün müvafiq monitorinq keçiriləcəkdir. Sonda onlar əldə etdikləri bilik və bacarıqları nümayiş etdirmək və təcrübə mübadiləsi aparmaq üçün Azərbaycanda təşkil ediləcək Skaut liderlərin beynəlxalq yay məktəbində iştirak etmək hüququ qazanacaqlar. Burada Respublikanın regionlarından, eləcə də digər xarici ölkələrdən olan gənclər iştirak edəcəklər.
Azərbaycan Skautlar Assosiasiyasının mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında