Bakıda arıçılıq məhsullarının növbəti sərgi-satış yarmarkası

Hər il olduğu kimi bu il də Bakı şəhərində bal yarmarkası keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarka dünən Bakı şəhəri Nərimanov rayonu ərazisində, "Gənclik" metrosunun və keçmiş "Şuşa" kino-teatrının yaxınlığında Atatürk prospekti və Maqsud Əlizadə küçəsinin kəsişməsində öz işinə başlayıb.
Oktyabrın 17-dən noyabrın 5-dək davam edəcək yarmarkada 200 arıçı iştirak edir. Tədbirdə 300 ton təbii Azərbaycan balının satışı proqnozlaşdırılır.
Verilən məlumatlara görə, arıçıların, ziyalıların və xüsusilə də müharibə veteranlarının təklifləri nəzərə alınaraq, yarmarkada satışa çıxarılan balın qiyməti tənzimlənəcək. Balın qiymətini nəzərdə tutulan normalardan yuxarı manata qaldıran və təyin olunan qiymətlərlə razılaşmayan arıçılar yarmarkaya buraxılmayacaq və onlar öz arıçılıq məhsullarını Bakı şəhərinin bazarlarında istədikləri qiymətə satmaq imkanı qazanacaqlar.
Yarmarkaya saxtalaşdırılmış balın gətirilməsinin qarşısını almaq üçün burada iştirak edəcək arıçıları rayon icra hakimiyyətləri göndərəcəklər. Rayon icra hakimiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyinə təqdim etdiyi siyahılarda adı olmayan arıçılar isə yarmarkaya buraxılmayacaqlar.
Onu da qeyd edək ki, yarmarkada yalnız Azərbaycanda istehsal olunan bal satılacaq.

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında