Azərbaycan ərazisində 1930-cu ildən sonra oktyabr ayında ən isti temperatur bu il qeydə alınıb

"Hazırda Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 3 dərəcə yuxarıdır, amma anomal temperaturlar hələ ki, müşahidə olunmur. Əvvəlki illərdə oktyabr ayında bundan da isti hava müşahidə olunub".
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, hazırda oktyabr ayı üçün xarakterik temperaturlar müşahidə olunur: "İndi müşahidə olunan 23-25 dərəcə isti anomal sayılmır. Əvvəlki illərdə 27, 28, hətta 29 dərəcə isti də müşahidə olunub. Ən isti oktyabr ayı isə 1930-cu ildə qeydə alınıb. Həmin ildə maksimal temperatur 35,1 dərəcə olub. Ondan sonra oktyabr ayında ən isti temperatur göstəricisi bu ilin oktyabrın 9-da qeydə alınıb. Həmin gün temperatur 32,7 dərəcə olub".
A. Verdiyev qeyd etmişdir ki, oktyabr ayında havaların belə isti keçməsi sırf sinoptik şəraitlə bağlıdır: "Cənub-şərq küləklərinin əsməsi ilə əlaqədar ölkə ərazisində belə isti hava şəraiti müşahidə olunur. Azərbaycan ərazisinə isti hava şəraiti əsasən cənubdan daxil olur. Ölkə ərazisində yaxın 3 gün ərzində də isti hava şəraiti hökm sürəcək".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında