Dərbənd şəhərində təbii fəlakətdən zərər çəkənlərə Prezident İlham Əliyevin göstərişinə əsasən humanitar yardım göndərilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən avtomobil karvanı ilə Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində təbii fəlakətdən zərər çəkmiş insanlara humanitar yardım göndərilmişdir.
AzərTAc xəbər verir ki, 18 avtomobildən ibarət yardım karvanı oktyabrın 17-də axşam saatlarında Bakıdan Dərbəndə yola düşmüşdür.
FHN-in Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev bildirmişdir ki, Dərbənd şəhərində baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhali üçün Prezident İlham Əliyevin göstərişi ilə 18 avtomobil karvanından ibarət yardım göndərilir. Yardım karvanına ərzaq məhsulları, dərman preparatları, soyuducular, yataq dəstləri daxildir.
Yardım karvanı oktyabrın 18-də hadisə yerinə çatacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında