Azərbaycan ilə ABŞ arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinə dair məsələlər müzakirə olunmuşdur

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Riçard Morninqstar ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə ABŞ arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinə dair məsələlər müzakirə olunmuşdur.
Səfirə məlumat verilmişdir ki, Azərbaycan hökuməti ilə ABŞ-ın İnkişaf Agentliyi (USAİD) arasında "İlkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi" və "Təcili yardımın inkişafı təşəbbüsü" adlı iki anlaşma memorandumu imzalanmışdır. Bundan əlavə, Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2006-cı il oktyabrın 9-da imzalanmış maliyyə sazişinə əsasən "2006-2012-ci illər üzrə səhiyyə sektorunun islahatları" layihəsi çərçivəsində USAİD fəal tərəfdaş kimi çalışmaqdadır.
Görüşdə Vərəm, QİÇS və Malyariyaya qarşı Mübarizə üzrə Qlobal Fond tərəfindən Azərbaycanda layihə proqramlarının aparıldığı da vurğulanmışdır. Bildirilmişdir ki, layihələrin həyata keçirilməsi üzrə Ölkə Əlaqələndirmə Mexanizmi fəaliyyət göstərir ki, bir sıra digər hökumət və qeyri hökumət təşkilatları ilə yanaşı, USAİD də həmin qurumla tərəfdaşlıq edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında